Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Hazırda oxunan: Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

603684

ABŞ və İran arasında Türkiyə tərəfinin koordinasiyası ilə dialoq gedir, mesaj mübadiləsi isə Pakistan vasitəsilə həyata keçirilir.

Bizim.Media xəbər verir ki, bunu A Haber telekanalına müsahibəsi zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

“Ümumilikdə danışıqlar prosesində müəyyən mərhələyə çatılıb, daha doğrusu, ən azı təmaslar başlayıb. Mesajlar Pakistan vasitəsilə ötürülür. Amerikalılar bunu bizimlə koordinasiya edir, müzakirələr gedir. Biz də bu barədə iranlıları məlumatlandırırıq. Bu gün hər iki tərəflə, həmçinin İranla uzun müzakirələr apardıq. Tərəflərin mövqelərini, gözləntilərini daha yaxşı anlamağa və müvafiq mesajları çatdırmağa çalışırıq”, – deyə Fidan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin