Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Hazırda oxunan: Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

603543

Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşları səkkiz il Tayqa meşəsində gizlənən cinayətkarı saxlayıblar.

Bizim.Media xəbər verir ki, hadisə Kareliya Respublikasında baş verib.

Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən və islah işləri cəzasına məhkum edilən şəxs 2018-ci ilin oktyabr ayında evdən qaçıb və indiyədək meşədə yaşayıb.
 

O, mobil telefondan və bank kartlarından istifadə etməyib, ictimai yerlərdən qaçıb və ailəsi və dostları ilə əlaqə saxlamayıb.


Səkkiz illik təcrid müddətində o, bir neçə yardımçı bina tikib və yaxınlıqdakı yaşayış məntəqələrindəki zibilxanalarda paltar və qida toplayıb, yalnız gecələr çölə çıxıb.

O, əməliyyat zamanı gözlənilmədən aşkar edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin