Təcavüzün davam etdiyi, regiona hərbi qüvvə və texnika göndərildiyi bir vaxtda danışıqlar aparmaq istəyi amerikalıların davranışları ilə sözlərindəki ziddiyyətin göstəricisidir.
Bizim.Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidanla baş tutan telefon danışığı zamanı deyib.
Bildirilib ki, telefon danışığında regiondakı proseslər, habelə ABŞ və İsrailin İrana qarşı davam edən hərbi əməliyyatların nəticələri barədə fikir mübadiləsi aparılıb.
Hakan Fidan bəzi region ölkələri ilə məsləhətləşmələrinin davam etdiyinə toxunaraq Türkiyənin müharibənin dayandırılmasına kömək etmək üçün səylərini davam etdirəcəyini vurğulayıb.
Bizim.Media





































































































