Yalnız bu ölkələrin gəmiləri Hörmüzdən keçə bilər – RƏSMİ – SİYAHI

Hazırda oxunan: Yalnız bu ölkələrin gəmiləri Hörmüzdən keçə bilər – RƏSMİ – SİYAHI

603415

“Çin, Rusiya, Hindistan, İraq və Pakistanın Hörmüz boğazından keçmək üçün icazə alıblar”.

Bizim.Media “Tasnim”ə istinadla xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
 

"Biz dost hesab etdiyimiz bəzi ölkələrə Hörmüz boğazından keçməyə icazə verdik. Çinə, Rusiyaya, Hindistana, İraqa və Pakistana keçməyə icazə verdik. Düşmənimizin boğazdan keçməsinə icazə vermək üçün heç bir səbəb yoxdur", - deyə Əraqçi qeyd edib.


Xatırladaq ki, ABŞ və İsrail tərəfindən İrana hücum əməliyyatları başladıqdan sonra Tehran faktiki olaraq Hörmüz boğazını bağlayıb.

İranın bu addımı dünya iqtisadiyyatına, xüsusilə də enerji qiymətlərinə ciddi təsir göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin