Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Hazırda oxunan: Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

603382

Ermənistanın qanunverici orqanı (Milli Məclis) Torpaq Məcəlləsində dəyişiklik edərək, Apostol kilsəsinin ödənişsiz əsaslarla torpaq sahələrinə sahib olmaq imtiyazını ləğv edən qanun layihəsini son oxunuşda təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Qəbul edilən yeni qərara əsasən, bələdiyyə və dövlət mülkiyyətində olan torpaqların kilsəyə təmənnasız olaraq bağışlanmasını tənzimləyən müvafiq maddə qüvvədən düşmüş sayılır.
 

Bununla yanaşı, Ermənistanın hökumət rəhbəri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini dövlətin milli təhlükəsizliyi üçün təhlükə adlandırıb və onun vəzifəsindən getməsinin vacibliyini vurğulayıb.


Baş nazir bir müddət əvvəl bəyan edib ki, II Qaregin öz səlahiyyətlərini aşaraq taxt-tacı zəbt edib, həmçinin “subaylıq” andına xəyanət edib. Paşinyanın sözlərinə görə, katolikos övladlarının və həyat yoldaşının olmasının səbəblərini cəmiyyətə açıqlamalıdır. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin