İran ordusu ABŞ-nin “Abraham Lincoln” aviadaşıyıcısına raket zərbələri endirdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, İran KİV-ləri hücumun görüntülərini yayıb.
Zərbələrin qanadlı raketlərlə endirildiyi bildirilir.
İranın Hərbi Hava Qüvvələrinin komandanı Şəhram İrani “Abraham Lincoln” aviadaşıyıcısını daim izlədiklərini və İran raketlərinin vurma zonasına daxil olduqda zərbələr endirdiklərini deyib.
Qeyd edək ki, USS Abraham Lincoln (CVN-72), ABŞ Hərbi Dəniz Qüvvələrinin (US Navy) arsenalındakı Nimitz sinfinə aid nüvə enerjisi ilə işləyən aviadaşıyıcı gəmidir. 5680 nəfərlik heyətə malik olan gəmi 90-a qədər təyyarə və helikopter daşıya bilir.
"USS Abraham Lincoln" atom aviadaşıyıcısının başçılıq etdiyi ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) zərbə qrupu yanvarda bölgəyə gəlib. Daha əvvəl İran gəmini vurduğunu iddia etsə də, ABŞ Mərkəzi Komandanlığı bu xəbəri təkzib etmişdi.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media

































































































