Yaqub Rzazadə: “İran ABŞ-a atəşkəs barədə təkliflər göndərməyib”

Hazırda oxunan: Yaqub Rzazadə: “İran ABŞ-a atəşkəs barədə təkliflər göndərməyib”

603182

İran ABŞ-a atəşkəs rejiminin elan edilməsi və danışıqların aparılması barədə heç bir təklif göndərməyib.

Bizim.Media "Tasnim"ə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin Milli təhlükəsizlik komitəsinin üzvü Yaqub Rzazadə bildirib.
 

"Diplomatik korpus, hökumət, İranın Silahlı Qüvvələri heç bir danışıq, müzakirə və ya müharibənin, eləcə də atəşin dayandırılması barədə təklif irəli sürməyib", - o qeyd edib.


Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib.

İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-ın Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.

Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin