Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə martın 24-də Beştəpədə Nazirlər Kabinetinin toplantısında Hörmüz boğazı və enerji bazarına dair məsələlər də müzakirə olunacaq.
Bizim.Media "Hurriyet.com"-a istinadən xəbər verir ki, toplantının gündəliyində Yaxın Şərqdəki müharibənin gedişatı və onun Türkiyəyə təsirləri mövzusu da yer alıb.
Məlumata görə, hökumətin iclasında İrandan atılan Türkiyənin hava məkanına yönələn raketlərə qarşı görülən tədbirlər qiymətləndiriləcək.
Toplantıda həmçinin mövcud müdafiə infrastrukturunun nəzərdən keçirilməsi, əlavə tədbirlərin zəruriliyinin də müzakirə ediləcəyi gözlənilir.
Eyni zamanda, Hörmüz boğazına dair vəziyyət, onun bağlanması ehtimalının qlobal enerji tədarükünə təsirləri qiymətləndiriləcək.
Artan neft qiymətlərinin daxili bazara təsirləri ilə qiymət sabitliyinin qorunmasına yönəlik atıla biləcək əlavə addımlar da müzakirə ediləcək.
Bizim.Media

- A-
- A
- A+
Region
09:32 / 24.03.2026
Türkiyə Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək
Hazırda oxunan: Türkiyə Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək
Hazırda oxunan: Türkiyə Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək
603110
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































