Ermənistanın Milli Təhlükəsizlik Xidməti Sünik vilayətində Azərbaycanla sərhəddə yerləşən Həkəri körpüsü fonunda çəkdirdikləri fotoya görə üç ermənini saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə vəkil Roman Yeritsyan məlumat yayıb.
Onun sözlərinə görə, gənclər sərhədyanı Tex kəndində tikinti işləri aparırmış və Ermənistan ərazisini Azərbaycandan ayıran yol və körpü fonunda şəkil çəkdiriblər.
Geri qayıdarkən onları MTX əməkdaşları saxlayıb, bundan sonra gənclər tutulub və mobil telefonları götürülüb. Daha sonra hər üç şəxs inzibati materialların rəsmiləşdirilməsi üçün polis bölməsinə aparılıb.
Nəticədə saxlanılanlara qarşı cərimə tətbiq olunmayıb, hüquq-mühafizə orqanları yalnız xəbərdarlıqla kifayətləniblər.
Bununla belə, vəkilin sözlərinə görə, araşdırma zamanı onların mobil telefonlarına baxış keçirilib.
Bizim.Media

































































































