Tehran ilə Vaşinqton arasında heç bir danışıq aparılmır.
Bizim.Media xəbər verir ki, bu, İran Xarici İşlər Nazirliyinin bəyanatında əks olunub.
Bəyanatda, həmçinin bildirilib ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən səsləndirilən fikirlər enerji qiymətlərini azaltmaq və hərbi planlarını həyata keçirmək üçün vaxt qazanmaq cəhdləri çərçivəsində qiymətləndirilir.
Qurum əlavə edib ki, Tehran ilə Vaşinqton arasında hər hansı danışıqlar aparılmır və region ölkələrinin gərginliyin azaldılması ilə bağlı təşəbbüslərinə cavab olaraq İranın mövqeyi dəyişməz qalır.
Nazirlik vurğulayıb ki, İran müharibəni başlayan tərəf deyil.
Bizim.Media

































































































