“Telefonlarınızı 48 saat ərzində doldurun”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı sərt bəyanatından sonra İranın Vitse-prezidenti İsmayıl Səqqab İsfahani deyib.
O, Körfəz ölkələrinə və İsrailə xəbərdarlıq xarakterli mesaj ünvanlayıb.
“Su ehtiyatı yığın və telefonlarınızı 48 saat ərzində doldurun”, - o bildirib.
İsfahaninin sözlərinə görə, bölgədə baş verən hadisələr ABŞ-a təzyiqi artırır və mümkün qarşıdurma daha geniş nəticələr doğura bilər.
İran rəsmisi həmçinin iddia edib ki, ölkəsinin İsrail və ABŞ-yə məxsus infrastruktur obyektlərinə mümkün cavab addımları Vaşinqtona əlavə təzyiq yaradacaq.
İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Arif də məsələ ilə bağlı xəbərdarlıq edib. O qeyd edib ki, İran infrastrukturuna ediləcək hər hansı hücum regionda genişmiqyaslı elektrik kəsintilərinə səbəb ola bilər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranı Hörmüz boğazını 48 saat ərzində “təhlükəsiz və açıq vəziyyətə gətirməyə” çağırıb.
O, əks halda ABŞ-nin İranın elektrik stansiyalarını hədəf ala biləcəyini bildirib.
Bizim.Media































































































