Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Hazırda oxunan: Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

602920

Türkiyənin xarici işlər naziri Hakan Fidan İran, ABŞ, Avropa İttifaqı və Misir nümayəndələri ilə telefon danışığı zamanı Yaxın Şərqdəki müharibəyə son qoymaq üçün atılacaq addımları müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Haber Global" Türkiyə XİN-dəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Hakan Fidan İranın xarici işlər naziri Abbas Araqçi, Misirin xarici işlər naziri Bədr Əbdülati, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas və ABŞ rəsmiləri ilə telefon danışıqları aparıb.

Müzakirələrin əsas mövzusu Yaxın Şərqdə müharibəyə son qoymaq üçün atılacaq addımlar olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin