İran rialı kəskin BAHALAŞDI

Hazırda oxunan: İran rialı kəskin BAHALAŞDI

602773

İran valyutası ABŞ-ın neft satışına qismən icazə verməsindən sonra kəskin bahalaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə WSJ məlumat yayıb.

Rialın məzənnəsi kəskin artaraq 6,7% möhkəmlənib və dollar qarşısında 1,559 milyon səviyyəsinə çatıb.

Bu artım ABŞ Maliyyə Nazirliyinin artıq dənizdə olan İran neftinə tətbiq edilən məhdudiyyətləri müvəqqəti dayandırmasından sonra baş verib.

“Müharibənin əvvəlindən bəri rial dəyər itirirdi və bu, onun ilk ciddi artımıdır”, — deyə İran geosiyasəti üzrə şirkətlərə məsləhət verən Pakzad & Co.-nun rəhbəri Mustafa Pakzad bildirib.

Ekspert hesab edir ki, İran büdcəsinə daxil olan vəsaitin böyük hissəsi hərbi xərclərə yönəldiləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin