Türkiyədə sahildə pilotsuz sualtı aparat tapıldı - FOTO

Hazırda oxunan: Türkiyədə sahildə pilotsuz sualtı aparat tapıldı - FOTO

602755

Türkiyənin Ordu vilayətinin Ünye rayonunda sahildə pilotsuz sualtı aparat tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 

Bildirilir ki, sakinlər sahildə bir əşya görüb, bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər. Əraziyə dərhal jandarma qrupları göndərilib.


İlkin araşdırmalar zamanı bunun pilotsuz sualtı aparat olduğu bəlli olub.  Jandarma qrupları tərəfindən təhlükəsizlik tədbirləri görülüb və ərazidə təhlükəsizlik kordonu qurulub.

Ətraflı araşdırmadan sonra aparatın sahildən təxminən iki mil məsafədə məhv ediləcəyi açıqlanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin