Dəhşətli ailə faciəsi – Hamilə qadın və 5 uşağı yanğın zamanı həyatını itirdi - FOTO/VİDEO

Hazırda oxunan: Dəhşətli ailə faciəsi – Hamilə qadın və 5 uşağı yanğın zamanı həyatını itirdi - FOTO/VİDEO

602715

Türkiyənin Antalya vilayətində səhər saatlarında baş verən dəhşətli yanğın 6 nəfərin həyatına son qoyub.

Bizim.Media xəbər verir ki, hadisə Kepez rayonunun Qaziler məhəlləsində, istixana təsərrüfatında çalışan əcnəbi işçilərin qaldığı konteynerlərdə baş verib.
 

Yanğın nəticəsində eyni ailədən olan 26 yaşlı ana və onun yaşları 4-9 arasında dəyişən 5 uşağı həlak olub. Məlumata görə, həlak olan ana 7 aylıq hamilə imiş.


Qeyd olunub ki, faciə zamanı daha 5 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb.

Onlardan birinin vəziyyəti ağır olaraq qalır, digərlərinin müalicəsi davam etdirilir. İlkin ehtimala görə, yanğına söndürülməmiş manqal səbəb ola bilər.

Faktla bağlı açılan cinayət işi çərçivəsində artıq 3 nəfər saxlanılıb.(qafqazinfo)








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin