Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mənbələri sosial mediada İncirlik hava bazasında raket hücumu edilməsi ilə bağlı iddialarına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
“Sosial mediada İncirlik Hava Bazasında siren səslərinin eşidildiyi ilə bağlı paylaşımlar yayılıb. Heç bir hücum və ya mənfi vəziyyət yoxdur. Bu, yalan həyəcan siqnalı kimi qiymətləndirilir”, - məlumatda qeyd edilib.
Xatırladaq ki, ABŞ-İsrail və İran arasında müharibə başlayandan bəri üç dəfə - 4, 9 və 13 mart tarixlərində İrandan atılan raketləri Türkiyə səmasında zərərsizləşdirilib.
Bizim.Media
































































































