Paşinyandan XƏBƏRDARLIQ: “Müxalif qüvvələr hakimiyyətə gəlsə, az sonra müharibə başlayacaq”

Hazırda oxunan: Paşinyandan XƏBƏRDARLIQ: “Müxalif qüvvələr hakimiyyətə gəlsə, az sonra müharibə başlayacaq”

602443

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə sülh gündəlişinə yenidən baxmaq istəyən siyasi qüvvələr var və onların hakimiyyətə gəlməsi halında parlament seçkilərindən az sonra yeni müharibə başlaya bilər.

Bizim.Media xəbər verir ki, o, bu fikirləri martın 19-da brifinqdə səsləndirib.

Paşinyanın sözlərinə görə, bu qüvvələr “sülh kursunun dəyişdirilməsi” mövqeyindən çıxış edir və bu yanaşma qaçılmaz şəkildə yeni qarşıdurmaya aparır. Baş nazir vurğulayıb ki, belə ssenari ən gec payızda, hətta sentyabrda baş verə bilər və bunun nəticələri Ermənistan üçün ağır olacaq.
 

O əlavə edib ki, həmin dairələr əslində özləri nə dediklərini də tam anlamırlar, başqa mərkəzlərin yazdığı mətnləri səsləndirirlər və rəsmi Ermənistan adından danışa bilməzlər. Paşinyan bu qüvvələrin “yeni sentyabr müharibəsi” hazırladığını deyib.


Baş nazir brifinqdə Ermənistanın Müstəqillik Bəyannaməsini də kəskin tənqid edib. O bildirib ki, bu sənəd əslində “müstəqillik bəyannaməsi deyil, münaqişə və nəticədə asılılıq bəyannaməsidir”. Paşinyanın fikrincə, sənəddə qonşulara qarşı təhdid məntiqi var və bu, Ermənistanı xarici dəstəyə bağlayır.

Paşinyan son həftələrdə dəfələrlə deyib ki, Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad saxlanmamalıdır. Onun mövqeyinə görə, ölkə “münaqişə məntiqi” ilə deyil, dövlətçilik, inkişaf və sülh məntiqi ilə hərəkət etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin