Paşinyan GÖSTƏRİŞ VERDİ – Bu Universitetin rəmzindən Ağrı dağının şəkli çıxarılacaq - FOTO

Hazırda oxunan: Paşinyan GÖSTƏRİŞ VERDİ – Bu Universitetin rəmzindən Ağrı dağının şəkli çıxarılacaq - FOTO

602399

Ermənistanda hakimiyyət Milli Politexnik Universitetin rəsmi loqosunun dəyişdirilməsi barədə göstəriş verib.

Bizim.Media xəbər verir ki, Ermənistan mediasının yazdığına görə, hazırkı loqoda Ararat (Ağrı dağı – red.) və Sis dağlarının təsviri yer alır, lakin bu rəmzin dəyişdirilməsi tapşırılıb.
 

Məlumata görə, loqonun yenilənməsi üzərində işlər hələ yanvar ayında başlayıb və universitetə bu prosesi tədris ilinin sonuna qədər başa çatdırmaq tapşırılıb. Universitet rəhbərliyindən mövzu ilə bağlı rəsmi şərh almaq mümkün olmayıb.


Universitetin rəsmi saytında hazırda da Ağrı dağının simvolikada istifadə olunduğu görünür. Saytda yer alan məlumatda qeyd olunur ki, universitetin gerbində Ağrı dağı təsvir edilib.

Bu addım Ermənistan hökumətinin son dövrdə Ağrı dağ simvoluna münasibətdə apardığı dəyişikliklərin davamı kimi qiymətləndirilir.

Baş nazir Nikol Paşinyan daha əvvəl bir neçə dəfə bildirib ki, Ermənistanın suveren ərazisində ən hündür dağ Ararat (Ağrı dağı) yox, Araqatsdır.

Ermənistan hökuməti 2025-ci ilin sentyabrında da sərhəd keçid möhürlərindən Ağrı dağının təsvirinin çıxarılması barədə qərar vermişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin