Pezeşkiandan QİSAS VƏDİ: "Laricaninin qanı yerdə qalmayacaq"

Hazırda oxunan: Pezeşkiandan QİSAS VƏDİ: "Laricaninin qanı yerdə qalmayacaq"

602144

İran hökuməti rəsmi olaraq ABŞ və İsrailin həyata keçirdiyi hücum nəticəsində Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümünü təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Əli Laricani ilə yanaşı, onun oğlu, alim Mortaza Laricani və Ali Milli Təhlükəsizlik Şurasının katibinin təhlükəsizlik xidmətinin rəhbəri Sərdar Nejad da həlak olub.

İranın Prezident Administrasiyası isə məsələ ilə bağlı Pezeşkianın bəyanatını yayıb.

"Əli Laricaninin ölümü son dərəcə kədərli hadisədir. İranın məsum, lakin fədakar müdafiəçilərinin qanına bulaşan hər kəsdən amansız qisas alacağıq. Onun qanı yerdə qalmayacaq", - deyə Pezeşkian bildirib.

Xatırladaq ki, Laricani dünən gecə saatlarında ABŞ və İsrail tərəfindən edilən hücumda həyatını itirib. O, Ayətullah Əli Xameneinin ölümündən sonra İranda əsas siyasi fiqur hesab edilirdi.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin