Ermənistanın Milli Statistika Komitəsi 2021-ci ildə ölkədə qeydə alınan ölüm və doğum göstəricilərini açıqlayıb.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, 2020-ci ilin antirekordunu davam etdirən 44 günlük müharibə və koronavirus səbəbindən Ermənistanda demoqrafik vəziyyət mənfi tendensiya nümayiş etdirir.
Mənbə qeyd edir ki, 2021-ci ildə 36 585 uşaq doğulub, 34 658 nəfər ölüb, doğulanların sayı 1927 (təbii artım) nəfər çox olub.
Maraqlıdır ki, 2020-ci ildə təbii artım cəmi 183 nəfər təşkil edirdisə, bundan əvvəl, yəni 2019-cu ildə ölkədə doğulanların sayı ölənlərin sayını 9855 nəfər üstələyib.
2021-ci ildə qeydə alınan ölüm halları əvvəlki illə müqayisədə təxminən 1500 nəfər azalsa da, 2019-cu illə müqayisədə bu rəqəm təxminən 35% çoxdur. Daha yüksək ölüm yalnız 1988-ci ildə qeydə alınıb.
Rəsmi rəqəmlərə görə, 44 günlük müharibədə Ermənistan 4000-ə yaxın itki verib, onlardan 250-nin ölümü 2021-ci ildə baş verən ölüm kimi qeydə alınıb. Eyni zamanda, bildirilir ki, 2020 və 2021-ci illər üçün rəqəmlər tam yenidən nəzərdən keçirilməlidir.
2020-ci ildə müharibə səbəbindən qadınlardan təxminən 4 min çox - 20 000 kişi ölüb. 2021-ci ildə bu rəqəmlər arasında fərq xeyli daralıb: kişilərin sayı qadınların sayından 544, doğulan oğlanların sayı isə qızların sayından 1543 nəfər çox olub.
2021-ci ildə 5450, 2020-ci ildə 3540 nəfər koronavirusdan dünyasını dəyişib.
Son iki ilin demoqrafik göstəricilərini yalnız Spitakda baş vermiş dağıdıcı zəlzələ ili olan 1988-ci illə müqayisə etmək olar, o zaman müxtəlif mənbələrə görə ölkədə 35 mindən çox ölüm qeydə alınıb. Halbuki həmin il doğum səviyyəsi 74 min nəfərə yaxın, təbii artım isə 39 minə yaxın olub.
Ermənistanda doğum və ölüm arasında fərq 1993-cü ildən bu rəqəm 31 minə yaxın, yeddi ildən sonra, 2000-ci ildə isə 10 minə yaxın azalmağa başlayıb. Müqayisə üçün qeyd edilir ki, əlli il əvvəl, 1970-ci illərdə ölkədə təbii artım orta hesabla 45 min nəfər təşkil edib.
Təbii artımın və emiqrasiyanın davamlı azalması səbəbindən Ermənistanın daimi əhalisi son bir neçə ildə azalıb.
2017-2019-cu illərdə doğum və ölüm nisbətləri arasında fərq müsbət olub, lakin 10 mini keçməyib.Və artıq 2020-ci ildə bu fərq ən azı son 70 ildə tarixən ən aşağı göstərici olub: doğulanların sayı ölənlərin sayından 183 nəfər çox olub.
44 günlük müharibənin qurbanları ilə bağlı məlumatları dəqiqləşdirəndə bu rəqəm mənfi ola bilər. 2021-ci ildə isə qeydə alınan kiçik artıma baxmayaraq, əhalinin təbii artım tempi çox aşağı olaraq qalır.
Yekun olaraq, Ermənistan KİV-ləri bildirirlər ki, əvvəlki iki ildə ölüm səviyyəsi son üç onillikdə ən yüksək və 1988-ci ildə baş vermiş dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı ilə müqayisə oluna bilən faktla yanaşı, Ermənistanda demoqrafik vəziyyət getdikcə pisləşir. Təbii artımın azalması ciddi narahatlıq doğurur.
Bizim.Media
- A-
- A
- A+
Region
10:30 / 15.02.2022
Ermənistanda demoqrafik vəziyyət getdikcə pisləşir - STATİSTİKA
Hazırda oxunan: Ermənistanda demoqrafik vəziyyət getdikcə pisləşir - STATİSTİKA
Hazırda oxunan: Ermənistanda demoqrafik vəziyyət getdikcə pisləşir - STATİSTİKA
0:00
0:00
60210
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.