Laricani belə öldürülüb – Əməliyyatın DETALLARI - FOTO

Hazırda oxunan: Laricani belə öldürülüb – Əməliyyatın DETALLARI - FOTO

602046

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülüməsi əməliyyatının detalları bəlli olub.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Əli Laricani öldürüldü - VİDEO


Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (IDF) məlumat yayıb.

Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatları əsasında Əli Laricanini hədəf alaraq dəqiq zərbə endirib. Nəticədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi olan Laricani Tehrana yaxın ərazidə zərərsizləşdirilib.

İDF-in açıqlamasına görə, Laricani uzun illər ərzində İran rəhbərliyində ən təcrübəli və yüksək vəzifəli fiqurlardan biri hesab olunub və Əli Xameneinin yaxın müttəfiqi kimi çıxış edib.
 

Məlumatda qeyd olunur ki, Xameneinin aradan götürülməsindən sonra Laricani faktiki olaraq ölkənin qeyri-rəsmi liderinə çevrilib və İsrailə qarşı hərbi fəaliyyətlərə rəhbərlik edib.


Həmçinin vurğulanır ki, o, milli təhlükəsizlik siyasətinin koordinasiyasına cavabdeh olub, beynəlxalq fəaliyyətləri, o cümlədən “müqavimət oxu” kimi tanınan qüvvələrlə əlaqələri idarə edib.

İDF əlavə edib ki, son etirazlar zamanı Laricani sərt repressiv tədbirləri dəstəkləyib və etirazçıların zorla susdurulmasına nəzarət edib.
 

İsrail ordusu bu əməliyyatın “Şir nəriltisi” adlı hərbi kampaniya çərçivəsində həyata keçirildiyini və bunun İranın regional fəaliyyətlərini koordinasiya imkanlarına növbəti zərbə olduğunu bildirib.


Qeyd edək ki, İran tərəfi Laricaninin ölüm xəbərini rəsmi olaraq təsdiqləməyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin