Xəbər verdiyimiz kimi, İsrailin müdafiə naziri İsrael Kats İranın təhlükəsizlik şurasının katibi Əli Laricaninin öldürüldüyünü açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, ölüm xəbəri yayıldıqdan bir neçə dəqiqə sonra Laricaninin “X” hesabında paylaşım edilib.
“İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin döyüşçülərinin dəfn mərasimi münasibətilə: Onların xatirəsi həmişə İran xalqının qəlbində yaşayacaq və şəhadətləri uzun illər silahlı qüvvələrin strukturunda İslam Respublikası Ordusunun təməlini qoyacaq. Uca Allahdan bu əziz şəhidlərə rəhmət diləyirəm” – deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, İran tərəfi hələlik Laricaninin ölüm xəbərini təsdiqləməyib.

Bizim.Media



































































































