Əlcəzairin hərbi təyyarəsi Ermənistandan keçməklə Azərbaycana uçub

Hazırda oxunan: Əlcəzairin hərbi təyyarəsi Ermənistandan keçməklə Azərbaycana uçub

601966

Ermənistan Xarici İşlər Nazirliyi Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus Lockheed Martin C-130J-30 Super Hercules təyyarəsinin Ermənistan hava məkanından keçərək Bakıya uçmasını “diplomatik məqsədlərlə” izah edib.

Bizim.Media xəbər verir ki, bu barədə nazirlik “Sputnik Armenia”nın sorğusuna cavabında bildirib.
 

Nazirliyin cavabında deyilir ki, Boufarik–Bakı marşrutu üzrə həyata keçirilən uçuş, uçuşu həyata keçirən tərəfin təqdim etdiyi məlumata əsasən, diplomatik xarakter daşıyıb. Ermənistan tərəfi əlavə təfərrüat açıqlamayıb.


Məlumata görə, həmin təyyarə fevral ayında da Ermənistanın hava məkanından istifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin