Ermənistanın baş naziri Nikol Paşinyan regionlara səfərləri çərçivəsində uşaqlara “real Ermənistan” xəritəsi hədiyyə edir.
Bizim.Media xəbər verir ki, bununla o, əvvəlki revanşist miflərin əvəzinə yeni siyasi konsepsiyanı təşviq edir.
Xatırladaq ki, Paşinyan bundan əvvəl Avropa Parlamentində çıxışı zamanı belə demişdi:
“Mən sinəmdə Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin təsvirini daşıyıram. Bu, həm də sülhün rəmzidir. Çünki biz 1991-ci il 21 dekabr tarixli Alma-Ata Bəyannaməsi əsasında bir-birimizin ərazi bütövlüyünü, suverenliyini və siyasi müstəqilliyini tanımaqla Ermənistanla Azərbaycan arasında sülhü bərqərar etmişik.
Həmin bəyannaməyə əsasən, Sovet Azərbaycanı müstəqil Azərbaycana, Sovet Ermənistanı isə müstəqil Ermənistana çevrilib və bu, müstəqil Ermənistan ərazisinin xəritə konturlarıdır.
Biz yeni münaqişəyə, yeni müharibəyə yol verməyəcəyik. Minlərlə qurban bahasına əldə olunmuş şüurun, sülhün və müstəqilliyin anti-xristian məqsədlərə qurban verilməsinə imkan verməyəcəyik.”
Bizim.Media






























































































