İranın zənginləşdirilmiş uranı GÖRÜN HARADADIR?

Hazırda oxunan: İranın zənginləşdirilmiş uranı GÖRÜN HARADADIR?

601684

İslam Respublikasının zənginləşdirilmiş uran ehtiyatları hazırda ABŞ tərəfindən vurulan nüvə obyektinin dağıntıları altındadır və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarəti altında çıxarıla bilər.

Bizim.Media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi CBS-ə verdiyi müsahibədə bildirib.

"Bildiyiniz kimi, nüvə obyektlərimizə hücum edilib. Və hamısı dağıntılar altındadır. Əlbəttə ki, onları geri almaq imkanı var, amma bu, yalnız agentliyin nəzarəti altındadır.
 

Əgər biz bunu etmək qərarına gəlsək, bu, agentliyin nəzarəti altında həyata keçiriləcək. Amma hələlik bizim nüvə proqramımız yoxdur.


Onları dağıntılar altından geri almaq planımız yoxdur", - XİN rəhbəri zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı sualı cavablandırarkən deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin