Avropa Parlamenti Gürcüstana qarşı növbəti qətnamə QƏBUL ETDİ

Hazırda oxunan: Avropa Parlamenti Gürcüstana qarşı növbəti qətnamə QƏBUL ETDİ

601203

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib. 

Bizim.Media xəbər verir ki, qətnamədə müxalifətçi Elene Xoştarianın və digər şəxslərin saxlanılması pislənilir. 

Qətnamənin qəbulunun lehinə 438 deputat səs verib, 37 deputat isə əleyhinə çıxıb.

Avropa Parlamenti deputatları Gürcüstanda “siyasi ədalətsizliyə və repressiyalara” son qoyulmasını, həmçinin “siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsini” tələb edirlər.
 

Qətnamədə həmçinin yaxın vaxtlarda qəbul olunmuş qanunların ləğv edilməsinin vacibliyi qeyd olunur.


Bundan əlavə, keçmiş prezident Mixail Saakaşvilinin hələ də həbsdə saxlanılması və səhhətinin pisləşməsi ilə bağlı narahatlıq ifadə olunub. Avropa Parlamenti həmçinin Avropa İttifaqını və üzv dövlətləri Gürcüstan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin