İranın yeni liderindən qonşu ölkələrə XƏBƏRDARLIQ

Hazırda oxunan: İranın yeni liderindən qonşu ölkələrə XƏBƏRDARLIQ

601181

"Bizim quruda və ya dənizdə 15 qonşu ölkəmiz var və biz həmişə onlarla isti, konstruktiv münasibətlər saxlamağa hazır olmuşuq. İndi də buna hazırıq”.

Bizim.Media xəbər verir ki, bu fikirlər İranın yeni lideri Müctəba Xaməneinin xalqa ilk müracətində yer alıb.
 

“Düşmən illər əvvəl bəzi ölkələrdə hərbi və maliyyə bazaları qurmağa başlayıb və region üzərində öz dominantlığını təmin etməyə çalışıb. Biz düşmənin bazalarını hədəfə almışıq. Biz bu təcrübəni mütləq davam etdirəcəyik. Lakin biz hələ də qonşularımızla dostluq münasibətlərinin zəruriliyinə inanırıq”, deyə bəyanatda bildirilib.


Qeyd edək ki, İranın Ali Lideri Müctəba Xamenei ictimaiyyət qarşısına çıxmayıb. Onun mesajı İran dövlət televiziyası vasitəsilə yayımlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin