İrəvan Moskvanın hiyləgər planına “yox” DEDİ – DETALLAR

Hazırda oxunan: İrəvan Moskvanın hiyləgər planına “yox” DEDİ – DETALLAR

601170

Ermənistan hakimiyyəti Qarabağdan könüllü köçən şəxslər üçün nəzərdə tutulan Rusiya humanitar yardımını qəbul etməkdən imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə RIA Novosti İrəəvandakıı diplomatik mənbəyə istinadən məlumat yayıb. Lakin mənbə məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb.

Bu məsələni şərh edən Rusiya XİN-in sözçüsü Maria Zaxarova Ermənistanın qərarını tənqid edib. Onun sözlərinə görə, əgər bu yardıma artıq ehtiyac qalmayıbsa, İrəvanın qərarı başa düşülə bilərdi.

Zaxarova bildirib ki, Ermənistan tərəfi imtinanın səbəbi kimi ölkənin qanunvericiliyində seçki dövründə ianə və xeyriyyə yardımlarının qəbuluna məhdudiyyətlər qoyan normaların mövcud olduğunu göstərib.
 

O, əlavə edib ki, Moskva bu məsələ ilə bağlı İrəvandan izahat istəyib. Rusiya tərəfi iddia edir ki, Ermənistan rəsmiləri konkret olaraq hansı hüquqi aktlardan söhbət getdiyini izah etməkdə çətinlik çəkiblər.


Bununla yanaşı, bəzi ekspertlər və müşahidəçilər mövcud şəraitdə Rusiyanın Qarabağdan könüllü şəkildə köçən ermənilərə humanitar yardım göstərmək təşəbbüsünün motivlərini də sual altına alırlar.

Onların fikrincə, Moskva hazırda Ukraynada davam edən müharibədə iştirak edir və bu müharibə nəticəsində həm ukraynalı mülki şəxslər, həm də hərbçilər həyatını itirir, şəhərlər və infrastruktur ciddi zərər görür.

Bu kontekstdə bəzi tənqidçilər hesab edir ki, Rusiya humanitar resurslarını ilk növbədə müharibənin təsirlərindən əziyyət çəkən öz vətəndaşlarına və münaqişədən zərər görən bölgələrə yönəltməlidir.
 

Digər tərəfdən, bəzi analitiklər Rusiyanın bu addımının siyasi motivlər daşıya biləcəyini də istisna etmirlər. Onların fikrincə, Moskva Qarabağdan könüllü köçmüş ermənilərin statusundan istifadə edərək məsələni yenidən beynəlxalq gündəmə çıxarmağa və bununla da regionda əlavə siyasi təzyiq aləti formalaşdırmağa çalışa bilər.


Üstəlik, Rusiyanın bu addımını Qarabağdan köçən ermənilərin seçki dövründə Kremlyönümlü müxalifətə səs verməsi üçün şirnikləndirmə metodu kimi də qiymətləndirmək olar.

Bu baxımdan ehtimal olunur ki, humanitar yardım təşəbbüsü həm də informasiya və diplomatik müstəvidə istifadə oluna biləcək bir vasitə kimi nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin