İranda müharibə Novruzdan əvvəl bitəcək - İDDİA

Hazırda oxunan: İranda müharibə Novruzdan əvvəl bitəcək - İDDİA

601148

İranda münaqişə bu il martın 21-nə təsadüf edən Novruzadək bitə bilər.

Bizim.Media ISNA agentliyinə istinadla xəbər verir ki, bu fikir İran Silahlı Qüvvələri Baş Komandanının köməkçisi və baş məsləhətçisi Rəhim Səfəvi tərəfindən ifadə edilib.
 

“Düşünürəm ki, bu müharibə Novruzdan əvvəl bitəcək. Mənim fikrimcə, ABŞ və İsrail uzunmüddətli müharibəyə tab gətirə bilməzlər. Biz davamlı əməliyyatlar aparsaq, onlar müharibəni uzun müddət davam etdirə bilməyəcəklər”, - deyə o bildirib.


Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Paytaxt Tehran da daxil olmaqla, İranın böyük şəhərləri vurulub.

İslam İnqilabı Keşikçiləri Korpusu isə İsrailə hücum edərək genişmiqyaslı cavab əməliyyatı həyata keçirib. Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanındakı hədəflərə də zərbələr endirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin