SON DƏQİQƏ: “Krokus”da terror aktı törədən 4 nəfərə ömürlük həbs cəzası verildi

Hazırda oxunan: SON DƏQİQƏ: “Krokus”da terror aktı törədən 4 nəfərə ömürlük həbs cəzası verildi

601128

İkinci Qərb dairə hərbi məhkəməsi azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Krokus” konsert zalında terror aktı törədən dörd nəfəri ömürlük həbs cəzasına məhkum edib.
 

MÖVZU İLƏ BAĞLI: 

Məhkəmədən “Crocus City Hall” terrorunu törədənlərlə bağlı SƏRT QƏRAR


Bizim.Media xəbər verir ki, məhkəmə hökmünə görə, onlar cəzalarının ilk 17 ilinin həbsxanada keçirəcək, bundan sonra isə maksimum təhlükəsiz cəza koloniyasına göndəriləcəklər.

Dalercon Mirzoyev, Şəmsidin Fariduni, Məhəmmədsobir Fayzov və Səidakram Murodali Raçabalizoda (hamısı Rusiya Federasiyasının terrorçu və ekstremist siyahısına daxil edilib) ömürlük həbs cəzası alıblar.
 

Mirzoyev, Fariduni və Fayzov təqsirkar olduqlarını tam, Raçabalizoda isə qismən etiraf ediblər. Məhkəmə, həmçinin onların hər birinin 990.000 rubl məbləğində cərimə ödəməli olduğuna qərar verib.


Hərbi məhkəmə iş üzrə qalan təqsirləndirilən şəxslər barəsində 19 il 11 aydan ömürlük həbs cəzasına qədər hökm çıxarıb.

Məhkəmənin məlumatına görə, iş üzrə zərərçəkmişlər tərəfindən qaldırılan mülki iddiaların ümumi məbləği 207 milyon rublu keçib. Qurbanların qohumları və zərərçəkənlər mənəvi ziyana görə kompensasiya, eləcə də dəfn, tibbi müalicə və reabilitasiya xərclərinin ödənilməsini tələb edirlər.
 

Rusiya İstintaq Komitəsi hücumun hazırlanmasında iştirak edən iki təşkilatçı və terror təşkilatının dörd üzvünə qarşı istintaqın davam etdiyini bildirib. Onlar beynəlxalq axtarışa verilib və barələrində qiyabi həbs qətimkan tədbiri seçilib.


Hücum 2024-cü il martın 22-də baş verib. Terror aktı nəticəsində 149 nəfər həlak olub, bir nəfər itkin düşüb, 609 nəfər yaralanıb. Ümumi ziyan təxminən 6 milyard rubl təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin