Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Qarabağdan köçmüş ermənilərə yalan ümidlər verilməməlidir və onların Ermənistan cəmiyyətinə inteqrasiyası əsas hədəf olmalıdır.
Bizim.Media xəbər verir ki, Paşinyan bu fikirləri Avropa Parlamentində çıxışı zamanı səsləndirib.
“Bu məsələ ilə bağlı strategiyamız çox aydındır: Qarabağdan olan bacı və qardaşlarımız Ermənistan Respublikasının vətəndaşlığını almalı və Ermənistan Respublikasında daimi məskunlaşmalıdırlar”, – deyə Paşinyan bildirib.
O qeyd edib ki, artıq bu istiqamətdə məskunlaşma proqramına başlanılıb və hazırda 4886 ailə həmin proqramdan yararlanıb.
Paşinyan əlavə edib ki, bu prosesin həyata keçirilməsi və sülhün möhkəmləndirilməsi üçün Ermənistan beynəlxalq tərəfdaşların mümkün qədər geniş dəstəyinə ehtiyac duyur.
Bizim.Media

- A-
- A
- A+
Region
17:53 / 11.03.2026
Paşinyan: "Qarabağdan köçən ermənilər Ermənistanda yaşamalıdır"
Hazırda oxunan: Paşinyan: "Qarabağdan köçən ermənilər Ermənistanda yaşamalıdır"
Hazırda oxunan: Paşinyan: "Qarabağdan köçən ermənilər Ermənistanda yaşamalıdır"
600971
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































