İran “gizli silah”ını İŞƏ SALDI – Bu ölkələri böhran GÖZLƏYİR

Hazırda oxunan: İran “gizli silah”ını İŞƏ SALDI – Bu ölkələri böhran GÖZLƏYİR

600737

ABŞ və İsraillə müharibə aparan İran özünün proksi qüvvələrini də savaşa cəlb edir.

Son məlumatlara görə, husilərdən ibarət “Ənsar Allah” qruplaşması da İran tərəfindən hərbi əməliyyatlara qoşulduğunu bildirib. Yəmənli yüksək vəzifəli husi rəsmisi düşmən üçün sürprizlər hazırladıqlarını iddia edib.
 

Düzdür, husilər ilk dəfə hərbi əməliyyatlara qoşulduqlarını müharibənin başlandığı gün, fevralın 28-də elan ediblər. Amma indiyə qədər onlar bu istiqamətdə heç bir konkret addım atmayıblar. Amma indi görünür, husilər də real olaraq savaşa qoşulmaq qərarına gəliblər.


Qeyd edək ki, husilər Hind okeanından Qırmızı dənizə keçid olan Bab-əl-Məndəb boğazını atəş altında saxlayırlar. Bu fonda husilərin prosesə qoşulması Hörmüz boğazının ardınca, istər-istəməz Qırmızı dəniz vasitəsilə yüklərin daşınmasında da ciddi problemlər yarada bilərlər.

Belə vəziyyətdə, hansı ölkələri böhran gözləyə bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban bildirir ki, husilər Qırmızı dənizdə böhran yaratmağa qadir qüvvə deyil:

“Husilər də savaşa qoşularsa, onlar 24 saat ərzində darmadağın ediləcəklər. Onlar əllərindəki silahlarla nəsə etmək, prosesi daha da gərginləşdirmək gücündə deyillər.
 

Bu mənada onları ciddiyə almağa dəyməz. Hazırda neftin bir barrelinin qiyməti 119 dollardan 91 dollara düşüb.


Ona görə də husilərin hay-küy qaldırmalarının hansısa ölkələrdə böhran yaşadacağını düşünmürəm. Husilərlə bağlı məsələdə bu gözlənilmir”.

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, husilərin fəaliyyəti Avropanı böhranla üz-üzə qoya bilər:

“Husilərin savaşa qatılması ilə bütün Qərb ölkələri, neft çıxaran və marşrut olaraq məhz Qırmızı dənizdən istifadə edən, habelə “qara qızıldan” asılı olan bütün ölkələr böhranla üzləşəcəklər.
 

Rusiyadan yanacağın kəsilməsilə Avropa indi ABŞ və Qətərdən gələn yanacaqdan asılı vəziyyətə düşüb. Nəticədə Avropa iqtisadiyyatına ağır zərbə dəyir.


Düzdür, husilərin mövcud qüvvələrlə Qırmızı dənizi tam bağlaya biləcəklərini də düşünmürəm. Amma hər halda, onlar da dünya iqtisadiyyatına ciddi problemlər yaşadacaqlar”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin