"Hizbullah" İranın yeni ali liderinə sadiqliyini bəyan etdi

Hazırda oxunan: "Hizbullah" İranın yeni ali liderinə sadiqliyini bəyan etdi

600593

Livanın "Hizbullah" hərəkatı Müctəba Xameneinin İranın ali lideri seçilməsini alqışlayıb və İranla ortaq yoluna sadiq qaldığını bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə hərəkatın "Telegram" kanalında yayımlanan bəyanatda bildirilir.
 

"ABŞ və İsrailin cinayətkar təcavüzünə baxmayaraq, Ekspertlər Şurasının yeni liderin seçilməsində nümayiş etdirdiyi müdriklik və məsuliyyəti yüksək qiymətləndiririk. İranın mübarək rəhbərliyinə sarsılmaz sadiqliyimizi təsdiqləyirik", - deyə bəyanatda vurğulanır.


Xatırladaq ki, 9 mart 2026-cı ildə İranın yeni ali liderinin seçildiyi məlum olub. Bu posta fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı nəticəsində öldürülən ayətullah Əli Xameneinin oğlu Müctəba Xamenei seçilib.

Ekspertlər Şurası onun namizədliyini yekdilliklə təsdiqləyib. Beləliklə, Müctəba Xamenei Ruhullah Xomeyni və Əli Xameneidən sonra İranın üçüncü ali lideri olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin