İran Baş Prokurorluğundan XƏBƏRDARLIQ: "ABŞ və İsraili dəstəkləyənlərin əmlakları müsadirə ediləcək"

Hazırda oxunan: İran Baş Prokurorluğundan XƏBƏRDARLIQ: "ABŞ və İsraili dəstəkləyənlərin əmlakları müsadirə ediləcək"

600571

"İran Baş Prokurorluğu ABŞ və İsrailin İrana qarşı hərəkətlərini dəstəkləyən ölkə vətəndaşlarının bütün əmlakını müsadirə edəcək".

Bizim.Media "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Baş Prokurorluğunun bəyanatında deyilir.
 

"Bu xəbərdarlıq xaricdə yaşayan və müxtəlif yollarla ABŞ-İsrail qüvvələrinə rəğbət bəsləyən, onu dəstəkləyən və ya onunla əməkdaşlıq edən iranlılara ünvanlanıb", - deyə bəyanatda vurğulanır.


Qurum bəyan edib ki, yalnız müsadirə ilə kifayətlənilməyəcək, həmçinin sadiq olmayan vətəndaşlara qarşı "qanuna uyğun olaraq digər hüquqi tədbirlər" də görəcək.

Qeyd edək ki, ölkə xaricində beş milyona qədər iranlı yaşayır ki, onların da əksəriyyəti ABŞ və Qərbi Avropa ölkələrindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin