İranda fəaliyyət göstərən Kunoichi (qadın ninja) məktəbi yenidən gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə qadınların hərbi və özünümüdafiə məşqləri böyük maraq doğurub.
Məlumata görə, bu məktəb 1989-cu ildən fəaliyyət göstərir və indiyədək burada təxminən 25 min qadın təlim keçib. Təlim proqramına müxtəlif döyüş texnikaları, fiziki hazırlıq və hərbi intizam elementləri daxildir.
Mövcud məlumatlara əsasən, Kunoichi birliklərinin aktiv heyəti 3 500–4 000 nəfər arasında qiymətləndirilir. Qadınların iştirak etdiyi bu məşqlər regionda müharibənin davam etdiyi bir dövrdə sosial mediada geniş yayılıb.
Paylaşılan kadrlarda iştirakçıların özünümüdafiə və döyüş texnikaları üzrə məşqlər keçdiyi görünür. Təlimlərin məqsədinin qadınlara fiziki hazırlıq və müdafiə bacarıqları qazandırmaq olduğu bildirilir.






Bizim.Media































































































