İran Bəhreynin paytaxtı Manama şəhərinə hava zərbəsi endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İranın dron hücumu nəticəsində iki hotel və bir yaşayış binası zərər görüb. Hücum nəticəsində insan itkisinin olmadığı bildirilib.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.
Martın 2-də isə Hizbullah İsrailə qarşı müharibəyə başladığını elan edib. Buna cavab olaraq, İsrail qruplaşmanın mövqelərinə zərbələr endirib və Livanda quru əməliyyatlarına başlayıb.
Bizim.Media



























































































