Rusiyada “qanuni oğru”lara qarşı onlarla cinayət işi açılıb

Hazırda oxunan: Rusiyada “qanuni oğru”lara qarşı onlarla cinayət işi açılıb

599662

Rusiyada ötən il kriminal iyerarxiyada ən yüksək mövqedə olan şəxslərə qarşı 39 cinayət işi başlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev Rusiya Daxili İşlər Nazirliyinin kollegiyasının geniş iclasında danışıb.
 

2025-ci ilin məlumatına görə, Rusiyada və dünyada ümumilikdə təxminən 400 “qanuni oğru” var və onların təxminən 100-ü hazırda həbsdədir. Rusiyanın hüquq-mühafizə orqanları uzun illərdir bu kriminal titul sahiblərinə qarşı mübarizə aparır.


2019-cu ildə Rusiya Cinayət Məcəlləsinə 210.1-ci maddə (“Cinayət iyerarxiyasında ən yüksək mövqe tutma”) əlavə edilib. Bu maddəyə əsasən, belə “titul”a sahib şəxsləri 15 ilə qədər həbs və 5 milyon rubladək cərimə gözləyir.

“Prime Crime” informasiya agentliyinin baş redaktoru Liliya Xarininanın sözlərinə görə, ötən il bu maddə üzrə on nəfər məhkum edilib. (Mənbə: RIA Novosti)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin