Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
MÖVZU İLƏ BAĞLI:
SON DƏDİQƏ! İrandan atılan raket Türkiyə səmasında vuruldu - FOTO
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr bildirib.
Məlumata görə, Hakan Fidan İrandan atılan və Türkiyə hava məkanında zərərsizləşdirilmiş ballistik raketlə bağlı rəsmi Ankaranın reaksiyasını Əraqçiyə çatdırıb, münaqişənin yayılmasına səbəb ola biləcək hər hansı addımdan çəkinməyin lazım olduğunu bildirib.
Qeyd edək ki, İrandan atılan raket Türkiyənin hava məkanında zərərsizləşdirilib.
Bizim.Media






























































































