ABŞ Türkiyədən İrana hücum etməyi istəyib? – Ankaradan AÇIQLAMA

Hazırda oxunan: ABŞ Türkiyədən İrana hücum etməyi istəyib? – Ankaradan AÇIQLAMA

599536

Türkiyə Prezident Administrasiyası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi ABŞ prezidenti Donald Trampın guya Türkiyə rəhbərliyinə İrana hücum etmək tələbi ilə bağlı iddiaları təkzib edib.

Bizim.Media xəbər verir ki, Mərkəzin açıqlamasında bildirilir ki, sosial şəbəkələrdə yayılan bu iddialar həqiqəti əks etdirmir.
 

“Bəzi sosial şəbəkələrdə yayılan məlumatlarda Trampın Türkiyəyə İrana hücum etməyi əmr etdiyi, Türkiyənin İrana qarşı gizli hərbi planın bir hissəsi olduğu və guya bu müharibəyə qoşulmaq müqabilində CAATSA sanksiyalarının ləğvini tələb etdiyi iddia olunur. Bu məlumatlar həqiqətə uyğun deyil. Türkiyə müstəqil və suveren dövlət kimi xarici siyasətini özü müəyyənləşdirir və təhlükəsizlik sahəsində qərarları müstəqil şəkildə qəbul edir. Bu barədə digər iddiaların heç bir əsası yoxdur”, – deyə açıqlamada bildirilir.


Qeyd olunur ki, Türkiyəyə qarşı bu iddialar çərşənbə axşamı xarici sosial şəbəkələrdə geniş şəkildə yayılıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan da İran ətrafındakı böhranla bağlı genişmiqyaslı dezinformasiya kampaniyasına diqqət çəkib.

“Türkiyənin mövqeyi və həyata keçirdiyi siyasətlə bağlı çox ciddi dezinformasiya kampaniyası aparılır. Biz bunu görürük. Bununla ölkə səviyyəsində məşğul olanlar da var, fərdi şəkildə və qruplar halında fəaliyyət göstərənlər də, həmçinin terror təşkilatları çərçivəsində bunu edənlər də var. Biz onların hamısını izləyirik. Eyni zamanda ictimai rəyin formalaşdırılması əməliyyatlarında istifadə olunan ritorika və arqumentləri də diqqətlə izləyirik”, – deyə Fidan TRT Haber telekanalına müsahibəsində bildirib. (Mənbə: TASS)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin