Vurulmuş pilotsuz uçuş aparatının qalıqları Dubayda (BƏƏ) yerləşən "Bürc əl Ərəb" hotelinin binasına dəyib, nəticədə yanğın baş verib. Xəsarət alanlar barədə məlumat yoxdur.
Bizim.Media xəbər verir ki, bu barədə əmirlik hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Rəsmilər təsdiqləyirlər ki, pilotsuz uçuş aparatı ələ keçirilib və qalıqları hotelin xarici fasadında kiçik yanğına səbəb olub. Mülki müdafiə qrupları dərhal reaksiya verərək insidenti nəzarətə götürüblər. Xəsarət alanlar barədə məlumat yoxdur", - deyə "X" sosial şəbəkəsində yerləşdirilən paylaşımda bildirilib.
Bizim.Media




























































































