Ermənistan Baş naziri Nikol Paşinyan Anna Akopyanla münasibətlərinin pozulması ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, o Feysbuk hesabında bu barədə yazıb.
"Mən Annanın qərarına hörmətlə yanaşıram. Son 30 il ərzində bütün çətin günlərimdə o, mənim yanımda olub, mənim dayağım və dəstəyim olub. Əmin deyiləm ki, mən də onun üçün eyni olmuşam. Ola bilsin ki, mən ona daha çox acı yaşatmışam, bunun üçün üzr istəyirəm", - Paşinyan yazıb.
Xatırladaq ki, daha əvvəl Anna Akopyan sosial şəbəkə hesabında Paşinyanla münasibətlərinə son qoyulduğunu açıqlayıb.

Bizim.Media



























































































