Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Paşinyandan ayrıldığını və hökumət evlərini tərk etdiyini açıqlayıb.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Akopyan bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, Paşinyanla vətəndaş nikahının pozulmasının elan edilməsi onların rəsmi nikaha daxil olmaları deyil, artıq birgə həyatlarının başa çatması deməkdir.
Akopyanın sözlərinə görə, o, bundan sonra kirayə mənzildə yaşayacaq. Çünki aldığı əmlak hələ tikilməkdədir. Yaşayış xərclərinə gəldikdə isə, o, hesabında 5 milyon dram qaldığını bildirib.
O qeyd edib ki, "Mənim Addımım" fondu ilə işini davam etdirmək istəyir. Lakin bu fəaliyyətə görə cinayət məsuliyyətinə cəlb olunma ehtimalını da istisna etməyib.
Bizim.Media



























































































