Sosial şəbəkələr Tehranın ətrafında güclü partlayışlar barədə məlumat yayıb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.
Eyni zamanda yerli media isə yanğının qamış sahələrində baş verdiyini yazıb.
Nəticədə Parand şəhərində yaşayış binalarının pəncərələri sınıb. Ən azı yeddi yanğın ocağının qeydə alındığı bildirilir.
Hər hansı zərbə ilə bağlı rəsmi məlumat verilməyib.
Bizim.Media
































































































