Amur vilayətində matəm elan edildi

Hazırda oxunan: Amur vilayətində matəm elan edildi

597514

Rusiyanın Amur vilayətində helikopterin qəzaya uğraması nəticəsində üç nəfərin həlak olması ilə əlaqədar üç günlük matəm elan edilib.
 

MÖVZU İLƏ BAĞLI: 

Rusiyada qəzaya uğramış helikopter və həlak olan üç şəxsin meyiti TAPILDI - FOTO


Bizim.Media xəbər verir ki, bu barədə "İnterfaks" dairə administrasiyasına istinadən məlumat yayıb.

Xatırladaq ki, fevralın 20-də Amur vilayətində Amaranka kəndindən 130 km məsafədə yerləşən Romnı kəndinə uçan şəxsi "Robinson R44" helikopteri radarlardan itib.
 

Helikopterin düşdüyü yer aşkar edilib. Qəza yerində üç həlak olmuş şəxsin meyiti tapılıb. Cinayət işi açılıb.


İstintaq iki əsas versiyanı nəzərdən keçirir: texniki nasazlıq və hava gəmisinin idarə edilməsi qaydalarının pozulması.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin