Rusiyada qəzaya uğramış helikopter və həlak olan üç şəxsin meyiti TAPILDI - FOTO

Hazırda oxunan: Rusiyada qəzaya uğramış helikopter və həlak olan üç şəxsin meyiti TAPILDI - FOTO

597492

Rusiyanın Amur vilayətində itkin düşmüş "Robinson R44" helikopterinin qəzaya uğradığı məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə vilayət hökuməti məlumat yayıb.

Nəticədə üç nəfər həlak olub. Qəza yeri və həlak olan üç şəxsin meyiti aşkar edilib. Qəza yerində yanğın əlamətləri olan helikopterin gövdəsi tapılıb.

Faktla bağlı cinayət işi açılıb.

Özəl helikopter fevralın 19-da yerli vaxtla təxminən saat 23:00-da Amaranka kəndindən 130 km aralıdan havaya qalxıb.
 

Helikopterdə dörd nəfər olub. Helikopter tezliklə radarlardan itib və əlaqə kəsilib. Göyərtədə pilotdan başqa meşə tədarükü zamanı işçinin ölümünü araşdıran müstəntiq və polis əməkdaşı da olub.


Rusiya İstintaq Komitəsinin məlumatına görə, əməkdaşlar iş yerinə yetirərkən həlak olmuş meşə tədarükü müəssisəsi işçisinin meyitinin tapıldığı hadisə yerindən qayıdırmışlar.

"İnterfaks"ın mənbəsi iddia edib ki, uçuş üçün icazə alınmayıbmış. Fevralın 20-də aparılan axtarışlar nəticə verməmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin