Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Azərbaycan tərəfinə bəzi meyit qalıqları qaytarılıb, hazırda onların kimliklərinin müəyyənləşdirilməsi prosesi gedir.
Bizim.Media xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O qeyd edib ki, meyit qalıqlarının sayının nə qədər olacağı ilə bağlı son mərhələdə dəqiq məlumat bilinəcək.
MÖVZU İLƏ BAĞLI:
2-ci Qarabağ savaşında 199 erməni hərbçi itkin düşüb – RƏSMİ
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deyib ki, son bir ildə Ermənistan Azərbaycan tərəfinə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 108 nəfərin meyitinin qalıqlarını təhvil verib.
O, yaxın günlərdə daha iki meyitin qalığını təhvil verməyə hazırlaşdıqlarını da vurğulayıb. (APA)
Bizim.Media