Moskvadan Paşinyanın təklifinə SƏRT CAVAB

Hazırda oxunan: Moskvadan Paşinyanın təklifinə SƏRT CAVAB

597018

Rusiya Ermənistanın dəmir yollarının idarəçiliyinin başqa ölkəyə verilməsi ilə bağlı səslənən bəyanatları “qəribə” adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva regionda bütün kommunikasiyaların açılmasının tərəfdarıdır. Onun sözlərinə görə, Ermənistan dəmir yolu artıq 20 ildən çoxdur ki, Cənubi-Qafqaz Dəmir yolu (South Caucasus Railway) tərəfindən idarə olunur və müqavilənin şərtlərini sabit şəkildə yerinə yetirir.
 

Zaxarova vurğulayıb ki, Rusiya tərəfi infrastrukturun və hərəkət tərkibinin yenilənməsinə əhəmiyyətli vəsait yatırıb və bu investisiyalar hələ də tam geri qayıtmayıb. O, həmçinin çoxlu sayda iş yerinin yaradıldığını qeyd edib.


Nazirliyin nümayəndəsi əlavə edib ki, rus operatorları Ermənistanı rəqabət üstünlüklərindən məhrum etmir, əksinə, bu üstünlüklərin formalaşmasına töhfə verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin