Türkiyəni Sülh Şurasında o təmsil edəcək

Hazırda oxunan: Türkiyəni Sülh Şurasında o təmsil edəcək

597011

Sabah ABŞ-da keçiriləcək Qəzza üzrə Sülh Şurasının ilk iclasında Türkiyəni Xarici İşlər Naziri Hakan Fidan təmsil edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.
 

Qeyd edək ki, yanvarın 16-da Donald Tramp, Qəzza Zolağı ilə bağlı Sülh Şurasının yaradılacağını elan edib. Bu şura, Trampın sülh planının tərkib hissəsi olaraq, Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. 


Ertəsi gün Ağ Ev şuranın tərkibini açıqlayıb və bu şuraya ABŞ dövlət katibi Marko Rubio, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff, Trampın kürəkəni Cared Kuşner və digər rəsmi şəxslər daxil edilib.

Şuranın hər üzvü Qəzzada vəziyyətin sabitləşdirilməsi üçün müxtəlif istiqamətlərə rəhbərlik edəcək. Bu istiqamətlər arasında idarəetmə gücünün artırılması, regional əlaqələr, bərpa işləri, investisiyaların cəlb edilməsi və maliyyələşdirmə məsələləri yer alır.
 

Sülh Şurasının Nizamnaməsi yanvarın 22-də İsveçrənin Davos şəhərində imzalanıb. Tədbirdə, Vaşinqtonun təşəbbüsünü dəstəkləyən bir çox dövlətin liderləri və nümayəndə heyətləri iştirak ediblər.


Bu Şura yalnız Qəzza Zolağında sabitliyin təmin edilməsi ilə məşğul olmayacaq, həm də digər bölgələrdəki münaqişələrin qarşısının alınması və həlli ilə məşğul olacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin