Paşinyandan Xameneiyə TƏBRİK MƏKTUBU: “Dost ölkə ilə qarşılıqlı hörmətə…” 

Hazırda oxunan: Paşinyandan Xameneiyə TƏBRİK MƏKTUBU: “Dost ölkə ilə qarşılıqlı hörmətə…” 

0:00
0:00
59649

Ermənistan baş naziri Nikol Paşinyan İranın mənəvi lideri Əli Xamenei və prezident İbrahim Rəisini İslam İnqilabının 43-cü ildönümü münasibətilə təbrik edib. 

Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, Paşinyanın Ayətullah Xameneiyə mesajında deyilir: 

“Ermənistan qonşu və dost ölkə ilə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın ardıcıl inkişafına xüsusi önəm verir”. 

Paşinyan xatırladıb ki, bu il ölkələr diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirlər. Hökumət başçısı əmindir ki, münasibətlərin etimad xarakteri bundan sonra da iki dövlətin inkişafına və rifahına töhfə verəcəkdir. 

İran İslam Respublikasının prezidentinə ünvanlanan təbrikdə qeyd olunur ki, Ermənistan qonşu, dost dövlətlə əlaqələrin rolunu və əhəmiyyətini yüksək qiymətləndirir.

Baş nazirin sözlərinə görə, ötən 30 il müxtəlif nailiyyətlər və əməkdaşlıq perspektivlərinin genişlənməsi ilə yadda qalıb. 

“Ermənistan və İranın regionda sülh və sabitliyin bərqərar edilməsi tapşırığına əhəmiyyət verərək, sizə ikitərəfli gündəmdəki məsələləri müzakirə etmək üçün Ermənistana səfər etmək dəvətini bir daha təkrar edirəm”, - deyə məktubda bildirilir. 

Ermənistan Baş naziri əmindir ki, birgə səylərlə dövlətlərarası münasibətləri dərinləşdirmək mümkün olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin