Nikol Paşinyan qondarma rejimin rəhbəri Arayik Arutyunyana ətrafına revanşist qüvvələri toplamağa imkan verməyib.
Bizim.Media xəbər verir ki, bu iddia “hraparak” nəşrində dərc olunan məqalədə öz əksini tapıb.
Belə ki, mənbədə Ermənistan Baş naziri Nikol Paşinyanın Arutyunyanın qondarma hökumətə “Qarabağ klanı” mənsublarını daxil etmək planını iflasa uğratdığı bildirilir.
Xatırladaq ki, Arutyunyan 2022-ci ilin əvvəlində qondarma rejimin geniş islahatlar aparacağını elan edib. Lakin Nikol Paşinyan müxalifət nümayəndələrinin islahatların tərkib hissəsi olmasına imkan verməyib.
Qeyd edək ki, “Qarabağ klanı” Azərbaycana qarşı revanşist meyilləri ilə tanınır. Bu səbəbdən də Paşinyanın bu addımı atması əksər siyasi şərhçilər tərəfindən region üçün müsbət addım kimi qiymətləndirilir.
Ermənistan Baş nazirinin bu addımı atmasına səbəb kimi isə, onun müxalifətin əlini gücləndirmək cəhdlərinə mane olmaq niyyəti göstərilir.
Bizim.Media
- A-
- A
- A+
Region
11:17 / 11.02.2022
Paşinyan Arutyunyanın revanşist planını iflasa uğradıb – İDDİA
Hazırda oxunan: Paşinyan Arutyunyanın revanşist planını iflasa uğradıb – İDDİA
Hazırda oxunan: Paşinyan Arutyunyanın revanşist planını iflasa uğradıb – İDDİA
59645
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.